...

KİŞİNYOVDA GUAM PARLAMENT ASSAMBLEYASININ ÜÇ DAİMİ KOMİTƏSİNİN BİRGƏ İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 14:17 (UTC +04:00)

Sentyabrın 27-də Kişinyovda GUAM Parlament Assambleyasının üç daimi komitəsinin birgə iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə daimi komissiyasının sədr müavini, GUAM Parlament Assambleyasının Ticarət və İqtisadiyyat komitəsinin sədri Elton Məmmədov bildirib.

Bu iclaslarda GUAM-a üzv-dövlətlərin iqtisadiyyatının inkişafında assambleyanın rolu və perspektiv planları müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinə E.Məmmədov rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti