...

UKRAYNANIN AZƏRBAYANDAKI SƏFİRLİYİ XİN-DƏN İZAHAT GÖZLƏYİR

Siyasət Materials 19 Sentyabr 2005 17:00 (UTC +04:00)

"Biz Azərbaycanın Xarici İşlər Nazirliyindən Ukraynanın XİN müşaviri, "Pora" hərəkatının fəalı Sergey Yevtuşenkonun saxlanılması ilə bağlı məsələ üzrə müraciətimizə cavab gözləyirik". Bu barədə Trend ə Ukraynanın Azərbaycanda işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima S.Yevtuşenkonun azad olunaraq Bakıdan deportasiya edilməsi faktını şərh edərkən bildirib.

Ukraynalı diplomat qeyd edib ki, hazırda bu məsələ həll olunur və vəziyyət Azərbaycan XİN-nin cavabından sonra aydınlaşacaq.

Azərbaycan XİN-nin informasiya idarəsinin rəisi Tahir Tağızadə isə bildirib ki, Ukraynanın diplomatik nümayəndəliyinin müraciətinə "sırf diplomatik cavab" veriləcək.

Xəbər lenti

Xəbər lenti