"Əsrlər boyu Azərbaycan regionda İslamın forpostudur və respublikada formalaşan tolerantlıq mühitini dünya ictimaiyyəti yüksək qiymətləndirir". Trend bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 20-də "İslam ümmətinin həmrəyliyi" mövzusunda keçirilən ikigünlük beynəlxalq konfransın iştirakçılarına göndərilən məktubunda deyilir.
Məktubda xüsusilə qeyd olunur ki, Azərbaycan xalqı tarixinin bütün mərhələlərində İslama sədaqətini nümayiş etdirərək İslam sivilizasiyasının zənginləşdirilməsi üçün böyük səylər göstərmişdir.
Qeyd olunur ki, keçmiş prezident Heydər Əliyevin "İslam sivilizasiyası Qafqazda" adlı beynəlxalq simpoziumda səsləndirdiyi qlobal proqramın mərhələli həyata keçirilməsi çərçivəsində mövcud problemləri həll etmək olar.