"Seçki təbliğatının bərabər şəkildə aparılması bəzi icra strukturları tərəfindən pozulur" Trend məlumat verir ki, bu barədə millət vəkili Nizami Quliyev palamentdə çıxışında vurğulayıb.
Bir neçə belə fakta əsaslanan millət vəkili 29-cu Səbael seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasından namizəd olan Həsən Kərimovun seçicilərlə görüşünə polis müdaxilə edib: "Bunu qanunsuzluq hesab edirəm və müxalifətə qarşı belə tədbirlərin həyata keçirilməsini pisləyirəm".
Millət vəkili bəzi rayon icra hakimiyyətlərinin Yeni Azərbaycan Partiyasının namizədlərinin xeyrinə təbliğat aparmaları barədə məlumatlarını da nəzərə çatdırıb.
Spiker Murtuz Ələsgərov qadağan edilən qaydalardan istifadə edib deputat mandatı qazanmaq niyyətində olan namizədlərin fəaliyyət göstərdiyini etiraf edib. Bunun yolverilməz olduğunu deyən spiker birgə mübarizəni təklif edərək belə hallarla üzləşən hər bir namizədin məsələnin həlli üçün lazımi tədbirlər görülməsi barədə məlumat verməyin zəruriliyini vurğulayıb.
"Mən də Qaradağ seçki dairəsində seçicilərimlə keçirdiyim birinci görüşümdə ciddi tapşırdım ki, icra başçıları və onların heç bir nümayəndəsi belə tədbirlərdə iştirak etməsinlər" - deyən spiker onun seçicilərlə görüşünə qatılmaq istəyən belə şəxslərə qadağan etdiyini bildirib.
Belə hallarla üzləşən müxalifət namizədlərinə spiker təklif edib ki, bu barədə inhisarlarında olan mətbuat orqanlarında çıxış etsinlər, icra başçılarına müraciət göndərsinlər: "Bir şərtlə belə hallarla həqiqətən üzləşdikdə".