...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU MİTİNQİN VAXTINI DƏYİŞİB

Siyasət Materials 22 Sentyabr 2005 14:42 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku oktyabrın 1-ə təyin etdiyi mitinqin vaxtını dəyişib". Bu barədə Trend ə AQ seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.

Onun sözlərinə görə mitinqin vaxtının dəyişdirilməsinə səbəb həmin gün Azərbaycan Naminə (AN) seçki blokunun da mitinq keçirəcəyi ilə bağlı olub: "Bir gündə iki blokun eyni meydanda mitinq keçirməsini qəbul etmədik. Ona görə də məsləhətləşdik ki, biz mitinqimizin vaxtını oktyabrın 2-ə keçirək".

Vaxtın dəyişdirilməsi ilə bağlı Bakı meriyasına yenidən məktub göndərildiyini qeyd edən R.Əhmədli onu da bildirib ki, AN seçki blokunun rəhbərləri ilə bu barədə razılıq əldə ediblər: "Yalnız vaxtı dəyişdirmişik, məqsəd və tutduğumuz yolu dəyişməmişik. Oktyabrın 2-ə təyin etdiymiz mitinq möhtəşəm olacaq. Ona görə ki, liderimiz Hacı Hacıağa Nurinin namizədliyi hələ də bərpa olunmayıb".

Xəbər lenti

Xəbər lenti