...

AVROPA İTTİFAQI TÜRKİYƏDƏN ERMƏNİSTANLA SƏRHƏDİN AÇILMASINI TƏLƏB EDİR

Siyasət Materials 22 Sentyabr 2005 20:00 (UTC +04:00)

Avropa İttifaqı Türkiyədən Ermənistanla sərhədin açılmasını və milli azlıqlara münasibətdə "şərtlərin yaxşılaşdırılması"nı tələb edir. Trend Türkiyə KİV-ə istinadən bildirir ki, Avropa parlamentinin yaşıllar fraksiyasının üzvü Cem Özdəmir Avropa parlamentinin Türkiyənin Avropa İttifaqına daxil olmasına dair danışıqlar prosesinin başlaması və Ankara üzrə Əlavə protokolun qəbul edilməsi ilə bağlı mövqeyini şərh edərkən bu bəyanatla çıxış edib.

C. Özdəmir qeyd edib ki, həmin məsələ artıq sentyabrın 28-də müzakirə ediləcək və protokolun mətninə "Ankara Ermənistanla sərhədin açılması barədə qərar qəbul etməlidir" maddəsi daxil edilib.

Parlamentari əlavə edib ki, Xristian demokratları fraksiyası sənədin layihəsinə Türkiyənin qondarma erməni soyqırımını tanıması məsələsini daxil etməyə cəhd edir, bu məqsədlə Avropa parlamentinin binası qarşısında aksiya keçirilməsi mümkündür.

Brüsseldə keçirilən "Türkiyə dəyişibmi?"adlı konfransın yekunlarına toxunan C. Özdəmir bildirib ki, tədbirdə Avropa İttifaqının xristian dövlətlərinin alyansı olması və müsəlman Türkiyəsini qəbul etməməsi fikri vurğulanıb.

Konfransda çıxış edən italiyalı parlamentari Fransisko Enriko Speroni bəyan edib ki, "Türkiyədə heç nə dəyişməyib və onun Aİ-yə qəbul edilməsi tarixi səhv olardı".

Xəbər lenti

Xəbər lenti