...

AZƏRBAYCAN PREZİDENTİ I BEYNƏLXALQ İDMAN OYUNLARININ İŞTİRAKÇILARINA TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Siyasət Materials 23 Sentyabr 2005 14:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də MDB üzvü olan ölkələrin I Beynəlxalq idman oyunçularının iştirakçılarını təbrik məktubu göndərib. Trend in məlumatına görə, məktubda faşizm üzərində qələbənin 60 illiynə həsr olunmuş yarışın qələbəni öz nefti ilə təmin edən məhz Bakıda keçirilməsinin rəmzi məna daşıdığı bildirilir.

"Veteranlar nəslinin hərbi və əmək fədakarlığı qarşısında baş əyərək ümid edirəm ki, bundan sonra heç bir qüvvə milyonlarla insan həyatı bahasına əldə olunmuş sülhü poza bilməyəcək. Postsovet məkanında mövcud olan münaqişələr isə beynəlxalq hüquq normaları çərçivəsinqdə öz həllini tapacaq", - deyə dövlət başçısı qeyd edib.

İ.Əliyev ümid etdiyini bildirib ki, bu oyunlar idmançılara öz ustalıqlarını tamamilə nümayiş etdirməyə imkan yaradacaq, MDB-nin üzvü olan hər bir ölkədə idmanın inkişafına böyük fayda verəcək və xalqlar arasında inteqrasiya və əməkdaşlıq proseslərinə təkan verəcək.

Xəbər lenti

Xəbər lenti