Sentyabrın 28-də Finlandiya hökumətinin işçi qrupu bu ölokənin prezidenti Tarya Halonenin sentyabrın 29-30-da Azərbaycana rəsmi səfərinə hazırlıq məqsədilə Bakıya gələcək. Bu barədə Trend ə diplomatik mənbədən məlum olub.
Tərkibinə müxtəlif dövlət strukturlarının ekspertlərinin daxil olduğu işçi qrupunun səfəri zamanı səfərin proqramı, danışıqların gündəliyi, eləcə də səfər çərçivəsində imzalanacaq ikitərəfli sənədlərin layihələri hazırlanacaq.
Mənbənin sözlərinə görə, prezidentin səfəri zamanı 2 və ya 3-dən artıq olmayan iqtisadi xarakterli sənədin imzanması gözlənilir. Lakin sənədlərin yekun variantı Azərbaycan və Finlandiya işçi qruplarının görüşündən sonra məlum olacaq.
Finlandiy prezidentinin səfəri zamanı onu əri həyat yoldaşı doktor Pentti Arayarvi müşaiyət edəcək. Bakıdakı danışıqlar Cənubi Qafqaz regionuna regional səfərin bir hissəsi olacaq.