...

"AZADLIQ" BLOKU SEÇİCİ SİYAHILARINA DÜZƏLİŞLƏR TƏLƏBİ İLƏ MSK-YA MÜRACİƏT ETDİ

Siyasət Materials 27 Sentyabr 2005 18:52 (UTC +04:00)

"Azadlıq" bloku seçici siyahılarında mövcud nöqsanlarla bağlı sentyabrın 27-də Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayıb. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Müraciətdə bildirilir ki, ayrı-ayrı seçki dairələrinin seçici siyahılarında səsvermə hüququ olan bütün vətəndaşların adları daxil edilməyib. Həmçinin bəzi dairələrin siyahılarına adı göstərilən binalarda yaşamayan çox sayda adamların adları daxil edilib. Bu və digər qanun pozuntularının araşdırılması və aradan qaldırılması tələb olunur.

"Azadlıq" bloku eyni zamanda seçici siyahılarının seçkiyə 35 gün qalmış müddətədək dəqiqləşdirilməsi barədə MSK-nın Təlimatının ləğv olunmasını tələb edir. Blok seçicilərin adlarının dəqiqləşdirilməsi müddətinin uzadılmasını vacib sayır. "Azadlıq" blokunun mövqeyinə görə, siyahıların diqiqləşdiriməsi prosesinin oktyabrın 1-dək aparılması və həmin gündən artıq dayandırılması mövcud problemləri aradan qaldırmaq üçün kifayət etməyəcək. Çünki vətəndaşlar öz adlarını tapmaq üçün seçici siyahıları ilə tanış ola bilmirlər.

Xəbər lenti

Xəbər lenti