...

POLİS AZADLIQ BLOKUNUN İCAZƏ VERİLMƏMİŞ MİTİNQİNİ DAĞITDI

Siyasət Materials 1 Oktyabr 2005 17:22 (UTC +04:00)
POLİS AZADLIQ BLOKUNUN İCAZƏ VERİLMƏMİŞ MİTİNQİNİ DAĞITDI

Azadlıq blokunun oktyabrın 1-nə təyin olunmuş "Cəfər Cabbarlı" meydanındakı mitinqi saat 16.10 -da başladı. Trend in məlumatına görə, bir dəstə AXCP üzvünün Azadlıq prospektindən "C.Cabbarlı" meydanına tərəf yürüş etmək cəhdləri alınmayıb.

Polis aksiya iştirakçılarından 12 nəfəri (ilkin məlumata görə) həbs edib və polis bölməsinə aparıb.

AXCP üzvlərinin digər qrupunun "Xaqani" küçəsindən meydana girmək cəhdi baş tutub. Mitinq iştirakçıları "Azad seçki!", "İstefa!" şüarlarını səsləndiriblər. Sonra mitinq iştirakçıları polislər tərəfindən iki istiqamətdən Xaqani küçəsindəki qərargaha doğru sıxışdırılmağa başladılar. AXCP üzvü İlham Hüseynli aksiya iştirakçılarına müraciətindən sonra bir qrup yenidən yürüşə başlamaq istəsə də polis buna imkan verməyib. Saat 16.55-də küçə aksiya iştirakçılarından tam təmizlənib.

Hüquq müdafiəçisi Səidə Qocamanlı açıqlama vererək bilidirib ki, iqtidar mitinqin keçirilməsinə yer verməlidir. O, bir neçə həmkarı ilə birlikdə 39 saylı polis bölməsinə aparılan aksiya iştirakçılara baş çəkməyə gedəcəklərini bildirib. Xəsarət alan iki şəxs AXCP-nin qərargahında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti