...

ASİM MOLLAZADƏ AŞPA PREZİDENTİ İLƏ AZƏRBAYCANDAKI SEÇKİLƏRİ MÜZAKİRƏ EDİB

Siyasət Materials 4 Oktyabr 2005 20:45 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə oktyabrın 4-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene Van Der Lindenlə görüşüb. Bu barədə Trend ə DİP-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Belorusiyadakı vəziyyəti və Azərbaycandakı seçkiqabağı durumu müzakirə ediblər. Asim Mollazadə Rene Van Der Lindenə Belorusiyada cərəyan edən son proseslər barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycandakı seçkiqabağı situasiya, iqtidar-müxalifət münasibətləri, seçki prosesi zamanı ortaya çıxan problemlər barədə də AŞPA prezidentini məlumatlandırıb.

Linden isə öz növbəsində bildirib ki, 6 noyabr seçkilərinin demokratik keçiriləcəyinə ümid edir: "Azərbaycanda seçkilərlə bağlı narahatçılığı, həmçinin çoxsaylı xahişləri nəzərə alaraq AŞ PA-nın Azərbaycana daha çox müşahidəçi göndərməsini təmin etməyə çalışırıq. Seçkilər prosesinin şəffaf, ədalətli və demokratik keçməsi üçün AŞ PA özünün çoxsaylı müşahidəçilərini Azərbaycana göndərəcək"- deyə Linden bildirib.

Xəbər lenti

Xəbər lenti