...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ "AZADLIQ" BLOKUNA ŞƏHƏRİN MƏRKƏZİNDƏ AKSİYA KEÇİRMƏYƏ İZACƏ VERMƏDİ

Siyasət Materials 6 Oktyabr 2005 17:41 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun oktyabrın 9-da şəhərin mərkəzi meydanlarında aksiya keçirmək üçün müraciətinə müsbət cavab verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-syisai şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.

O, bildirib ki, "Azadlıq" blokunun təklif etdiyi 6 meydandan heç birində aksiya keçirmələrinə izacə verilməyib. Əvəzində Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokuna yürüş-mitinq keçirmək üçün başqa marşrutlar təklif edib. Metrounun "20 Yanvar" stansiyasından başlayaraq H.Zərdabi küçəsindən keçməklə Dövlət Film Fondunun qarşısındakı meydanadək (Qələbə meydanı) yürüş-mitinq, metronun "Neftçilər" stansiyasından başlayaraq Heydər Əliyev adına yeni Bakı Neftayırma Zavodunun dairəsinə qədər yürüş-mitinq, Azərneftyağ Emal Zavodunun stadionunda mitinq, "Həzi Aslanov" metrostansiyasından başlayaraq M.Hadi küçəsindən keçməklə "Ukrayna meydanınadək yürüş mitinq və "Motodrom"da mitinq keçirilməsi təklif olunur. Aksiyaya bu ünvanlardan birində oktyabrın 9-da saat 16.00-dan 18.00-dək keçirilməsinə izacə verilib.

Zaur Ramazanov onu da bilidrib ki, "Azadlıq" blokunun təklif etdiyi şəhərin mərkəzi meydanlarında aksiyalar keçirilməsi məqsədəuyğun sayılmır. Onun sözlərinə görə, müxalifətçilər "Qələbə" meydanına sığmadıqlarını bildirir, eyni zamanda ərazisinə görə oradan kiçik oaln meydanlarda mitinqlər keçirməyə çalışırlar. "Azadlıq" blokunun daha böyük meydanlarda tədbir keçirmək istəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin marşrutlar təklif olunur.

Xəbər lenti

Xəbər lenti