...

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ MÜŞAHİDLƏÇİLƏRİ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

Siyasət Materials 10 Oktyabr 2005 19:21 (UTC +04:00)

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının nümayəndələri Azərbaycanda keçiriləcək seçkiləri müşahidə edəcəklər". Bu barədə Trend agentliyinə adıçəkilən təşkilatın mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 5-8 oktyabrda Soloniki şəhərində keçirilən XXI iclasında iştirak edən millət vəkili Şaitdin Əliyev bildirib.

Toplantıdan sonra QDİƏT-in rəhbərləri ilə keçirdiyi görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinin müzakirə olunduğunu bildirən millət vəkili deyib: "Onlar bizim ölkədə keçiriləcək parlament seçkilərini diqqətlə izləyirlər. Seçkiqabağı vəziyyət barədə onlarda yetərincə məlumat var. QDİƏT tərəfindən seçkiləri müşahidə etmək fikrində olduqlarını mənə bildiriblər. Mən də Azərbaycana döndükdən sonra onların fikirlərini spikerə çatdırdım. Bu istəkləri rəğbətlə qarşılanıb".

Ş.Əliyev onu da bildirib ki, Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan və Gürcüstan parlamentariləri ilə keçirdiyi görüşlərdə də Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə obyekti olub: "Bundan başqa bu dövlətlərlə Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın Avropa standartları çərçivəsində həlli yolları müzakirə edilib".

Xəbər lenti

Xəbər lenti