...

AZƏRBAYCAN GƏNCLƏRİ OKTYABRIN 14-DƏ YÜRÜŞ-MİTİNQ KEÇİRƏCƏKLƏR

Siyasət Materials 13 Oktyabr 2005 18:09 (UTC +04:00)

"Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, "İrəli" Ümumrespublika Gənclər Hərəkatı, "Azad Gənclər" İctimai Birliyi oktyabrın 14-də saat 16.00-dan 18.00-dək yürüş-mitinq keçirəcək" Trend xəbər verir ki, yürüş-mitinqin marşrutu metronun "20 yanvar" stansiyasından "Qələbə" kinoteatrınadək olacaq.

Yürüş-mitinqin keçirilməsində əsas məqsəd Azərbaycan gənclərinin III forumundan bu günə qədər keçən zamanda Azərbaycan gəncliyinin uğurları barədə ictimaiyyətə geniş məlumat vermək, gənclərin dövlət başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasi xətti daim dəstəklədiklərini, ictimai-siyasi həyatın iən müxtəlif sahələrində gənclərin özünəməxsus yer tutmasını, gəncliyin həmişə bir arada olduğu və bu birliyin başqa qüvvələr tərəfindən dağıdılmasının mümkünsüzlüyünü nümayiş etdirməkdir.

Yürüş-mitinqdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclərə dəstək verən şəxslər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti