...

Rəsul Quliyevin həbsi və ya azad olunması ilə bağlı məhkəmə 3 gün ərzində baş tutacaq

Siyasət Materials 18 Oktyabr 2005 12:50 (UTC +04:00)

Hazırda Azərbaycan Demokratik Pmartiyasının (ADP) sədri Rəsul Quliyev "həbs olunmuş" qismində saxlanılır. Bu barədə Trend ə Ukraynanın Krım Muxtar Respublikasında Ukrayna DİN-nin ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri Andrey Dombrovski məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın Baş prkurorluğuna Ukrayna DİN-dən Azərbaycan məhkəməsinin R.Quliyevin həbs edilməsi məzmununda sənədlər daxil olub.

A.Dombrovski qeyd edib ki, bu sənədlərə baxacaq məhkəmənin qərarına kimi R.Quliyev barəsində "həbs olunmuş" statusu saxlanılacaq.

"Yalnız məhkəmə onun həbs və ya azad olunması barədə qərar çıxara bilər. Əgər R.Quliyev həbs edilərsə, bu zaman onun ekstradisiyası barədə məsələ həll olunacaq" deyə Ukrayna DİN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri bildirib. Onun sözlərinə görə, Ukrayna qanunvericiliyinə əsasən, məhkəmə həbs olunan gündən 3 gün ərzində keçirilməlidir. "Yaxud məhkəmə iclası artıq ikinci gün keçirilə bilər", deyə o qeyd edib.

Azərbaycanın DİN istintaq qrupunun Krıma gəlməsinə toxunan Dombrovski qeyd edib ki, Bakı vaxtı ilə 12.30-a olan vəziyyətə görə Simferopolda Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri yoxdur.

Sonda mərkəzin rəhbəri bildirib ki, Ukrayna qanunvericiliyinə görə, Ukraynadan ekstradisiya 40 gün müddətinə baş tuta bilər. "Lakin bu müddət qısaldıla da bilər", -deyə A.Dombrovski bildirib.

Xəbər lenti

Xəbər lenti