...

Qərbi Avropa birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Azərbaycan parlamentinin spikeri ilə görüş keçirib

Siyasət Materials 26 Oktyabr 2005 16:11 (UTC +04:00)

Qərbi Avropa birliyi Parlamentlərarası Assambleyasının (QABPA) sədri Stef Qorisin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 26-da Azərbaycan Milli Məclisinin (parlament) spikeri Murtuz Ələsgərov ilə görüş keçirib. Bu barədə Trend ANS telekanalına istinadən bildirir.Görüş mətbuatın iştirakı olmadan keçirilib.

Qeyd edək ki, QABPA-nın nümayəndə heyəti artıq qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərdə olub və S. Qoris burada Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyi barədə bəyanatla çıxış edib. Xatırladaq ki, QABPA nümayəndə heyətinin oktyabrın 22-də başlamış səfərinin əsas məqsədi Azərbaycanda sabitlik və təhlükəsizlik sahəsində vəziyyətə dair məruzənin hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti