...

Bir qrup namizəd həmkarına etiraz edib

Siyasət Materials 2 Noyabr 2005 15:53 (UTC +04:00)

"25 saylı Nizami ikinci seçki dairəsindən olan bir qrup namizəd həmkarları Hüseyn Abdullayevin qanunsuz hərəkətlərinə etiraz edib". Trend xəbər verir ki, bununla bağlı namizədlər noyabrın 2-də mətbuat konfransı keçiriblər.

Konfransda çıxış edən adıçəkilən seçki dairəsindən namizəd Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, aidiyyatı orqanlar H.Abdullayevin qanunsuz hərəkətlərinə göz yumur: "Onun qanusuz hərəktləri ilə bağlı dəfələrlə Dairə Seçki Komissiyasına (DSK) etdiymiz müraciətlərə baxılmayıb". F.Əliyev yalnız onu qeyd edib ki, DSK-nın 27 oktyabr tarixli 37 saylı iclas protokoluna əsasən H.Abdullayevin çap üsulu ilə hazırlanmış və rekvizitlərdə bəzi məlumatlar olmayan seçkiqabağı təşviqat materiallarının götürülməsi qeyd olunub.

ALDP sədri onu da vurğulayıb ki, H.Abdullayev seçiciləri pula ələ almağa çalışır və bunun üçün bəzi obyektləri təmir etdirir: "Məsələn, DSK üzvləri ilə birgə biz bu prosesi Rüstəmov 32 ünvanda müşahidə etdik. Həmin ərazidə işləyən fəhlələrin əyinində Hüseyn Abdullayevin reklamını əks etdirən gödəkçələr var idi. Onlar etiraf ediblər ki, H.Abdullayev tərəfindən maliyyələşirlər. Bununla bağlı akt da tərtib edilib".

Çıxış edən digər namizədlər - "Azadlıq" blokundan Qurban Məmmədov, "Yeni Siyasət" blokundan Əli Ələkbərov, Ümid Partiyasından Vüqar Əliyev də H.Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı müvafiq orqanlar tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti