...

AŞ üzvü dövlətlərinin XİN başçıları AŞ islahatlarını müzakirə edəcək

Siyasət Materials 3 Noyabr 2005 15:38 (UTC +04:00)

Noyabrın 16-17-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin Strasburqda növbəti sessiyası planlaşdırılıb. Bu barədə Trend ə AŞ-nin mənzil qərargahında məlum olub.

AR XİN başçısı Elmar Məmmədyarovun da iştirak edəcəyi sessiyada nazirlər AŞ-də islahatlar aparılması məsələlərini müzakirə edəcək. AŞ Nazirlər Komitəsinin sədri, Portuqaliya XİN başçısı Dioqo Freytas du Amaral ötən 6 ay ərzində onun ölkəsinin Nazirlər Komitəsinin sədri postunda fəaliyyəti barədə icmal məruzə ilə çıxış edəcək. Baş katib Valter Şvimmer də cari məsələlər barədə məruzə ilə çıxış edəcək. Nazirlər sessiyada bir sıra sənədlər qəbul edəcək. Həmin sənədlərin qəbul edilməsi uzun müddətli əsasda insan haqlarına dair Avropa konvensiyasına riayətə nəzarət sisteminin səmərəliliyini təmin edəcək. Xüsusilə Konvensiyaya dəyişikliklər edilməsi barədə Protokol, üzv dövlətlərə tövsiyələr və Nazirlər Komitəsinin qətnaməsi qəbul ediləcək.

Sessiya çərçivəsində nazirlər qeyri-rəsmi görüş keçirəcək və burada əsas diqqət xüsusilə dünyadakı vəziyyət və ikitərəfli münasibətlərə yönəldiləcək.Sessiya iştirakçıları digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr kontekstində gələcək planlar barədə danışacaq, beynəlxalq səviyyədə terrorizmə qarşı Avropa Şurasının əks təsiri barədə fikir mübadiləsi aparılacaq və AŞ-nin insan alveri, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi sahələrdəki fəaliyyəti ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti