...

Səsvermə başa çatdıqdan sonra hər saatdan bir seçki dairələri üzrə qaliblər elan ediləcək

Siyasət Materials 3 Noyabr 2005 20:14 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzi 6 noyabr parlament seçkilərinin ilkin nəticələrini 24 saat müddətində elan edəcək. Bu barədə Trend ə İnformasiya Mərkəzindən məlumat verilib.

Seçkinin nəticələrinin operativ şəkildə ictimaiyyətə çatdırılması məqsədilə "Seçikilər" İnformasiya Mərkəzini 6 noyabrda saat 8.00-dan 7 noyabr saat 19.00-dək fasiləsiz işləyəcək.

5 noyabrda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Seçkilər" İnformasiya Mərkəzinin seçkilərə hazır olması ilə bağlı mətbuat konfransı keçirəcək. 6 noyabr saat 8.00-da MSK sədrinin iştirakı ilə "Seçkilər" İnformasiya Mərkəzinin açılışı olacaq. Səsvermə vaxtı "Seçkilər" İnformasiya Mərkəzində seçicilərin fəallığı, səsvermənin gedişi ilə bağlı saat 11.00-da, 13.00-da, 16.00-da, 18.00-da və 20.00-da mətbuat konfransı keçiriləcək. Səsvermənin ilkin nəticələri ilə bağlı 6 noyabr saat 20.00-dan başlayaraq 7 noyabr saat 19.00-dək hər saatdan bir seçki dairələri üzrə qaliblər elan ediləcək.

Seçki dairələrindən yayılan məlumatlar eyni zamanda MSK-nın internet səhifələrində də yerləşdiriləcək. İnternet səhifəsində seçki dairəsinin adı, bu dairə üzrə seçicilərin sayı, hesabat saatları üzrə səsvermədə iştirak etmiş seçicilərin sayı, daha çox səs toplayan namizədin soyadı və adı, onun topladığı səs və hesabat vermiş məntəqələrin sayı göstəriləcək. Digər namizədlərin topladığı səslər haqqıda məlumatları isə seçki dairəsində müvafiq menyuya daxil olmaqla əldə etmək olar. İnternet səhifəsində eyni zamanda lider olan namizədin partiya mənsubiyyəti və partiyalar üzrə qalib olan namizədlərin sayı haqqıda məlumatlar öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti