...

İlham Əliyev və Mixail Saakaşvili Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə ediblər

Siyasət Materials 6 Noyabr 2005 11:29 (UTC +04:00)

Noyabrın 5-də Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili telefonla Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə ediblər. Trend in xəbər verdiyi kimi, İ.Əliyev öz həmkarına parlament seçkilərinin demokratik və şəffaf şəraitdə keçirilməsi istiqamətində son hazırlıq işləri barədə məlumat verib.

Bundan başqa hər iki ölkə arasında ikitərəfli əməkdaşlıq və digər məsələlər də müzakirə mövzusu olub.

Telefon söhbəti Mixail Saakaşvilinin təşəbbüsü ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti