...

Əli Həsənov: Azərbaycan prezidenti Baş prokurorluğa və Mərkəzi Seçki Komissiyasına bəzi seçki məntəqələrindəki pozuntuları araşdırmaq barədə tapşırıq verib

Siyasət Materials 8 Noyabr 2005 16:33 (UTC +04:00)

Azərbaycan hökuməti parlament seçkilərinin gedişində exit-poll keçirən beynəlxalq müşahidəçilərin və şirkətlərin bütün rəylərini normal hesab edir. Trend in ANS telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.

Onun sözlərinə görə, seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilər missiyasının 8-dən 5-nin rəyi müsbətdir. Beynəlxalq təşkilatlar seçkilərin 90%-nin demokratik olduğunu hesab edirlər. Onun sözlərinə görə, müxalifət ATƏT-in rəyini ictimaiyyətə təhrif olunmuş formada çatdırır.

Hakimiyyət exit-poll həyata keçirən şirkətlərin fəaliyyətindən razı qalıb. "Onların nəticələri ilə MSK-nın nəticələri arasında fərq cəmi 10-12% təşkil edir", -deyə şöbə müdiri bildirib. Ə.Həsənovun sözlərinə görə, belə fərq 8-ci Binəqədi, 29-cu Səbail, 119-cu Ağdam və digər seçki məntəqələrində aşkar olunub və bu məntəqələrin nəticələri MSK tərəfindən baxıldıqdan sonra ləğv ediləcək.

"Azərbaycan prezidenti artıq baş prokurora və MSK-ya bir sıra seçki məntəqələrində və dairələrində aşkar edilən saxtakarlıqların baxılması barədə tapşırıq verib", -deyə Ə.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti