...

Əsgər Ələkbərov: Azərbaycanın Daxili İşlər Nazirliyində gücləndirilmiş iş rejimi davam edəcək

Siyasət Materials 10 Noyabr 2005 11:09 (UTC +04:00)

Azərbaycanın daxili işlər naziri Ramil Usubov tərəfindən 6 noyabr parlament seçkiləri ərəfəsində elan olunmuş gücləndirilmiş iş rejimi saxlanılacaq. Bu, ilk növbədə, səsvermə günü seçki qanunvericiliyinin pozulması faktlarının araşdırılması ilə bağlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın DİN başçısının müavini Əsgər Ələkbərov jurnalistlərlə söhbətində bildirib.

"Seçkilərin nəticələrindən narazı olan myəyyən şəxslər var ki, onardan da ictimai asayişi pozmaq məqsədilə istifadə edilə bilər", - deyə o qeyd edib.

"Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etmək istəyirəm ki, noyabrın 10-da başa çatmalı olan gücləndirilmiş iş rejiminin müddəti uzadılacaq. Respublikada sabitliyin qorunması üçün DİN-də mümkün olan hər şey ediləcək", - deyə Ə.Ələkbərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti