...

Azərbaycan prezidenti Küveytin maliyyə nazirini qəbul edib

Siyasət Materials 23 Noyabr 2005 15:49 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Bakıda Küveytin maliyyə naziri Bədr Məşəri əl-Humeydini qəbul edib. Bu barədə Trend məlumat verib.

Nazir dövlət başçısına Küveytin əmirinin və prezidenti baş nazirinin salamını, eləcə də istənilən əlverişli vaxta bu ölkəyə səfər etməklə bağlı dəvətnaməni çatdırıb. O bildirib ki, Küveytlə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Ölkəmizin rəhbərliyi bu münasibətlərin inkişafına böyük əhəmiyyət verir. "Küveytdə Azərbaycan səfirliyinin açılması bizim ölkələrimiz arasındakı münasibətlərə verdiyimiz əhəmiyyətdir. Biz bu addımı yüksək qiymətləndiririk və Azərbaycanda Küveyt səfirliyinin ən yaxın zamanda açılacağına ümid edirik", - deyə Bədr Məşəri əl-Humeydi bildirib.

Öz növbəsində, İ.Əliyev qeyd edib ki, iki ölkə arasında münasibətlər möhkəmdir və yaxın illər ərzində daha çox inkişaf edəcəyinə ümid etdiyini bildirib. Bu zaman o, iqtisadi inkişaf üçün geniş imkanların olduğunu əlavə edib.

Xəbər lenti

Xəbər lenti