...

"Azadlıq" bloku seçkilərin nəticələri ilə bağlı dəyirmi masa təşkil edib

Siyasət Materials 23 Noyabr 2005 16:35 (UTC +04:00)

"Azadlıq" blokunun liderləri noyabrın 23-də bir sıra qeyri-hökumət təşkilatları ilə birgə 2005-ci il 6 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı dəyirmi masa keçirib". Trend xəbər verir ki, dəyirmi masada seçkinin nəticələrindən narazı qalan blokun gələcək addımları müzakirə olunub.

Dəyirmi masanı açan adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu seçkilərin saxtalaşdırılması barədə çıxış edib. Digər çıxış edən QHT rəhbərləri mübarizənin davam etdirilməsinə tərəfdar olduqlarını bəyan ediblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər tədbirdə səslənən fikirləri dəstəkləyərək Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı son qərarından sonra da mübarizələrini davam etdirəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti