...

9 seçki dairəsi üzrə 29 məntəqənin protokolları Respublika Prokurorluğuna göndərilib

Siyasət Materials 26 Noyabr 2005 18:56 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası 9 dairə seçki komissiyası üzrə 29 məntəqənin protokollarını araşdırılmaq üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib. Trend xəbər verir ki, bu barədə MSK noyabrın 26-da qərar qəbul edib.

Bu dairələr 15 saylı Yasamal birinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron, 45 saylı Abşeron, 54 saylı Dəvəçi-Siyəzən, 95 saylı Tərtər, 103 saylı Gədəbəy, 125 saylı Zəngilan-Qubadlı, 77 saylı Astara seçki dairələridir. Bu dairələr üzrə 29 seçki məntəqəsinin protokollarında cinayət tərkibinin olması ehtimal edilir. Bu məqsədlə həmin materialların araşdırılmaq üçün Baş Prokurorluğa göndərilməsinə dair qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti