...

S.Temirov: "Pora" nümayəndə qrupunun fikri heç də Ukrayna cəmiyyətinin parlament seçkilərinə münasibətini əks etdirmir

Siyasət Materials 29 Noyabr 2005 20:22 (UTC +04:00)

Ukraynanın "Pora" siyasi hərəkatının nümayəndə qrupunun fikri qətiyyən Ukrayna cəmiyyətinin Azərbaycanda parlament seçkilərinə münasibətini əks etdirmir. Bu barədə Ukraynadakı Azərbaycan səfirliyinin 1-ci müşaviri noyabrın 29-da "Pora" üzvlərinin Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında seçkilərin nəticələrinə etiraz əlaməti olaraq keçirdiyi piketi şərh edərkən bildirib.

Onun sözlərinə görə, aksiyada siyasi hərəkatın 20-25-ə yaxın üzvü, o cümlədən, Azərbaycan müxalifətinin nümyaəndələri iştirak edib. Aksiya yarım saat davam edib və piketdə "Azadlıq" blokunun plakatları, "Qarabağı azad edək!" şüarları səsləndirilib. Diplomatın fikrincə, aksiyanın təşkil olunması Ukrayna rəhbərliyini Azərbaycandakı seçkilərlə bağlı mövqeyini ifadə etməyə təkan vermək xarakteri daşıyır.

Diplomatın sözlərinə görə, Ukrayna cəmiyyət seçkilər, ümumilikdə, Azərbaycanda gedən demokratik proseslər barədə kifayət qədər məlumatlandırılıb. Ölkə ictimaiyyətinin böyük əksəriyyəti, eləcə də siyasi qüvvələr seçkiləri, eləcə də ölkə rəhbərliyinin seçkilərdəki mənfi halların qarışısını almaq məqsədilə həyata keçirdiyi tədbirləri müsbət qiymətləndiriblər. "Ukraynanın bir çox KİV-i obyektivliyin gözlənilməsinə çalışır və seçkilər barədə həqiqi məlumatları yayır, onları demokratik proseslərdə irəliyə doğru addım kimi qiymətləndirir", -deyə S.Temirov bildirib.

Diplomat bu aksiyanı Azərbaycan müxalifəti ilə "Pora" təşkilatı arasında əldə olunan razılaşma kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti