...

"Azadlıq" bloku İranın və Rumıniyanın Azərbaycandakı səfirlərinə etirazını bildirib

Siyasət Materials 2 Dekabr 2005 16:00 (UTC +04:00)

"Azadlıq Bloku" İran İslam Resbulikasının və Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin 6 noyabr parlament seçkilərinə dair fikirlərinə etiraz bəyanatı qəbul edib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Bəyanatda bildirilir ki, 6 noyabr parlament seçkilərinin nəticələrini tanımaq və ona demokratik don geydirmək istəyən bir sıra dövlətlərin və Azərbaycanda fəaliyyət göstərən bəzi diplomatik korpus rəsmilərinin cəhdləri əslində seçki saxtakarlığına şərik olmaq deməkdir. "Azadlıq" bloku həmin səfirlərin və beynəlxalq qurumların nümayəndələrinin bu hərəkətini Azərbaycan xalqının mənafelərinə zidd mövqe tutmaq və demokratikləşmə prosesinin əleyhinə olan addım kimi dəyərləndirib.

"İran İslam Resbulikasının və Ruminya Respublikasının ölkəmizdəki fövqalədə və səlahiyyətli səfirinin Azərbaycanda seçkilərin normal keçməsi, bu seçkilərin demokratik və qanunauyğun olması haqqında bildirdikləri rəsmi mövqelər də bu qəbildəndir. "Azadlıq Bloku" hər iki dövlətin nümayəndələrinin mövqeyini pisləyir, bu mövqelərin xalqlarımızın və dövlətlərimizin manefəyinə uyğun olmadığını bəyan edir və həmin dövlətlərin rəsmi nümayəndələrini həqiqətdən uzaq mövqelərdən çıxış etməməyə çağırır"-deyə blokun bəyanatında vurğulanır.

Xəbər lenti

Xəbər lenti