...

Ölüm hökmünün ləğvindən sonra çıxan problemlərin araşdırılması məqsədilə işçi qrupu yaradılıb

Siyasət Materials 2 Dekabr 2005 16:21 (UTC +04:00)

Ölüm hökmünün ləğvindən sonra cəzaları ömürlük azadlıqdan məhrum etmək ilə əvəzlənən məhkumlarla bağlı meydana çıxan problemlərin araşdırılması məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupuna hakimlər, Ədliyyə nazirliyinin nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatlarından nümayəndələr də daxil edilib. Bu barədə Trend ə Ədliyyə Nazirliyindəki mənbələrdən məlumat verilib.

Belə ki, uzun müddətdir mətbuatda yer alan bu məsələnin müzakirəsi məqsədilə, Ali Məhkəmə və Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ömürlük iş alan məhkumların cəzalarının azaldılması məsələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Həmin konfransda işçi qrupunun yaradılması barədə qərar qəbul olunub. Gələcəkdə ömürlük iş alan məhkumların cəzalarının azaldılması, onların şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəmə qərarlarının veriləcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti