...

MSK-nın nümayəndə heyəti Qazaxıstana yola düşüb

Siyasət Materials 2 Dekabr 2005 18:18 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dekabrın 2-də bu ölkəyə gedib. Bu barədə Trend ə MSK-nın beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, dekabrın 4-də Qazaxıstanda prezident seçkiləri keçiriləcək. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının üzvlərindən və Aparatın əməkdaşlarından ibarət nümayəndə Astanada seçkilərin müşahidəsini aparacaq. Nümayəndə heyəti Qazaxıstandan dekabrın 7-də qayıdacaq.

Qazaxıstanın prezident seçkisini izləyəcək Azərbaycan nümayəndə heyətinə MSK sədri Məzahir Pənahov daxil deyil.

Xəbər lenti

Xəbər lenti