...

ATƏT-in Bakı ofisi Daxili Qoşunların zabitləri üçün seminar keçirib

Siyasət Materials 5 Dekabr 2005 15:05 (UTC +04:00)

Dekbarın 6-da ATƏT-in Bakı ofisi Azərbaycan Respublikası Daxili Qoşunlarının zabitləri üçün seminar keçirib. Bu barədə Trend ə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə kütləvi etiraz aksiyaları zamanı Daxili Qoşunların davranışı ilə bağlı beynəlxalq təcrübə müzakirə edilib. Görüşdə həmçinin müxalifətin 26 noyabr tarixli mitinqinin dağıdılması ilə bağlı narahatlıq doğuran məqamlara da aydınlıq gətirilib.

ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi seminar iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanda bu seminarlara ehtiyac böyükdür. "Bu seminarların məqsədi ondan ibarətdir ki, Azərbaycan polisi və daxili qoşunları sərbəst toplaşma azadlığının həyata keçirilməsi istiqamətində dünyada mövcud olan ən yaxşı təcrübələrlə tanış olsunlar. Azərbaycanda son bir neçə həftə ərzində baş verənlər polis və təhlükəsizlik orqanlarının nümayəndələri tərəfindən ehtiyatsızlıq və həddindən artıq güc tətbiq edilməsi halları baş verib", - deyə M.Pavessi söyləyib.

Xəbər lenti

Xəbər lenti