...

Daxili işlər naziri Ramil Usubov qərb bölgəsində səfərdədir

Siyasət Materials 7 Dekabr 2005 14:35 (UTC +04:00)

Dekabrın 6-dan başlayaraq daxili işlər naziri Ramil Usubov qərb bölgəsinə səfər edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

Artıq nazir Şəmkir rayon Polis Şöbəsində rayon sakinləri ilə görüşüb. Həmin sakinlər yerli icra orqanları tərəfindən məruz qaldıqları qanunsuz hərəkətlərlə bağlı nazirə şikayətlərini ediblər.

Nazir çıxışında Nizami rayonu (Gəncə şəhəri) Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi barəsində prokurorluq orqanı tərəfindən cinayət işi qaldırılmış Koroğlu Qasımovun hərəkətlərinə də münasibət bildirib. Qeyd edib ki, əgər həmin polis zabitinin əməllərində həqiqətən də cinayət tərkibi aşkar edilərsə, o, mütləq cəzalandırılacaq.

Nazirin səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti