...

Milli Ordunun sıralarını özbaşına tərk etmiş əsgərin məhkəməsi başlanacaq

Siyasət Materials 8 Dekabr 2005 15:10 (UTC +04:00)

Dekabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə Milli Ordunun sıralarını özbaşına tərk etmiş əsgər Sahibcan Ağamalıyevin məhkəməsi başlanacaq. Bu barədə Trend ə hakim Məmmədbağır Zeynalov məlumat verib.

Sumqayıt şəhər Hərbi Prokurorluğunda aparılmış ibtidai istintaqla müəyyən edilib ki, Sahibcan Ağamalıyev 1996-cı ilin mart ayında Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Bir aydan sonra isə hərbi hissəni özbaşına tərk edib və bir daha qulluq yerinə qayıtmayıb. Fərarilik etdiyi müddətdə yaşadığı rayon ərazisində vətəndaş Nəriman Məmmədovu öldürməyə cəhd göstərib.

Fərarilik və ölümə sui-qəsd cinayətləri törətmiş Sahibcan Ağamalıyev cinayət məsuliyyətindən yayınmaq məqsədilə Rusiya Federasiyasına qaçıb və bir müddət Voronej şəhərində yaşayıb. 2005-ci ildə isə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Xəbər lenti

Xəbər lenti