...

İlyas İsmayılov: "Seçkidə qalib gəlmiş müxalifətçi deputatlar parlamentdə iştirak etməlidir"

Siyasət Materials 9 Dekabr 2005 12:09 (UTC +04:00)

"Parlament seçkilərində qalib gəlmiş müxalifət nümayəndələri iclaslarda iştirak etməlidir". Bu fikirləri Trend ə açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib.

O, "Milli Birlik" və "Azadlıq" bloklarının parlamentə seçilmiş nümayəndələrinin bu mandatdan imtina etməsinə münasibət bildirərkən deyib ki, namizədlər öz seçicilərinin onlara göstərdiyi etimadını nəzərə almalıdır: "Vətəndaşlar seçki günü gəlib bu namizədlərə səs veriblər, bu etimadı doğrultmaq lazımdır. Mən hesab edirəm ki, bu şəxslər seçiliblərsə, deməli, parlamentdə iştirak etmək lazımdır. Amma hər kəs öz addımları barəsində qərar verməkdə sərbəstdir və heç kimi fikrini dəyişməyə vadar etmək olmaz. Parlamentə seçilmiş müxalifət nümayəndələri deputat mandatından imtina etmək niyyətindədirsə, bu, onların öz işidir", - deyə İ.İsmayılov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti