Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 12-də Nigeriya Federativ Respublikasının prezidenti Olusequn Obasancoya başsağlığı məktubu göndərib.
Prezident məktubda təyyarə qəzası nəticəsində çoxsaylı insan itkisindən kədərləndiyini bildirir, öz adı və Azərbaycan xalqı adından həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.