Azərbaycan prezidenti İlham Əliyev dekabrın 14-də respublikanın Milli Elmlər Akademiyasının (AMEA) bir qrup əməkdaşına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Trend bildirir ki, 4 əməkdaş "İstiqlal" ordeni, 17 əməkdaş "Şöhrət" ordeni, 37 əməkdaş "Tərəqqi" medalı ilə təltif edilib.
Bundan başqa, dövlət başçısının sərəncamı ilə AMEA-nın 21 əməkdaşına "Əməkdar elm xadimi", 5 əməkdaşına "Əməkdar mühəndis", 1 əməkdaşına "Əməkdar müəllim", 4 əməkdaşına "Əməkdar mədəniyyət xadimi" fəxri adları verilib.
İlham Əliyevin digər sərəncamı ilə AMEA-nın 10 əməkdaşı fərdi prezident təqaüdü alacaq.