...

"Bizim Azərbaycan" bloku fəaliyyət prinsipini müəyyənləşdirəcək

Siyasət Materials 16 Dekabr 2005 14:49 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku dekabrın 18-də keçirəcəyi toplantısında gələcək fəaliyyət prinsipini müəyyənləşdirəcək". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

Blokun fəaliyyət prinsipini tənzimləmək üçün ona və Yaşıllar Partiyasının rəhbərinə tövsiyə edildiyini bildirən V.Bəyturan onu da qeyd edib ki, toplantıda, həmçinin, əlavə seçkilərdə iştirak etmək istəyən partiya sədrlərinin seçki dairələri də müəyyənləşdiriləcək.

TMP rəhbəri onu da bildirib ki, bloka Azadlıq Partiyası və Milli Demokratik İdrak Partiyası da qoşulmaqla bağlı onlara müraciət edib: "Bu məsələyə də baxılacaq",-deyə V.Bəyturan qeyd edib.

Xəbər lenti

Xəbər lenti