...

1995-ci ildə dövlət çevrilişinə cəhdin fəal iştirakçısı olmuş şəxs Rusiyada həbs edilərək Azərbaycana gətirilib

Siyasət Materials 19 Dekabr 2005 14:20 (UTC +04:00)

13-17 mart 1995-ci ildə Bakı şəhərində dövlət çevrilişinə cəhdin fəal iştirakçısı olmuş Rövşən Əliyev Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rövşən Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci (vətənə xəyanət - köhnə redakisyada) maddəsi ilə təqsirli bilinir. O, 1996-cı ildən Ağdam rayon Polis Şöbəsi tərəfindən axtarışda olub. R.Əliyev Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası, Kemerovo vilayətinin Prokopyevsk şəhərində tutulub. Respublika Prokurorluğunun mətbuat xidmətindən isə bildiriblər ki, R.Əliyev artıq Azərbaycana ekstradisiya olunub.

Xəbər lenti

Xəbər lenti