Yaponiya hökuməti Azərbaycana yardım strategiyasını 2006-cı ildə genişləndirməyi planlaşdırır. Bu barədə Trend ə Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe bildirib.
Onun sözlərinə görə, bu yardım, ilk növbədə, sosial sahələri əhatə edəcək. Təhsil sistemi, səhiyyə, iqtisadi infrastrukturun inkişafının təkmilləşdirilməsinə dair bir sıra layihələr həyata keçiriləcək. Səfirin sözlərinə görə, Yaponiyanın yardımı artırıla bilər.
Diplomat Azərbaycanın iqtisadiyyatındakı müsbət irəliləyişi xüsusilə qeyd edib. Səfir bəyan edib ki, Azərbaycan son illərdə uğurlu nəticələr əldə edib, sağit inkişaf edən iqtisadiyyat yaradıb. O, qeyd edib ki, indi sosial sahəni inkişaf etdirmək və bu sahəni iqtisadiyyatın səviyyəsinə çatdırmaq lazımdır.