...

Milli Məclisin spikeri Türkiyə səfirini qəbul edib

Siyasət Materials 26 Dekabr 2005 20:34 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov dekabrın 26-da Türkiyənin Azərbaycandakı səfiri Turan Moralını qəbul edib.

Görüşdə tərəflər Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı, parlamentlərarası dialoq, iri regional, iqtisadi layihələrin gerçəkləşdirilməsi məsələlərini müzakirə edib.Tərəflər əlaqələrin gələcəkdə genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı əminlik bildirib.

T.Moralı Oqtay Əsədovu parlamentin spikeri postuna seçilməsi münasibətilə təbrik edib. Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizama salınmasında Türkiyənin dəstəyini davam etdirəcəyini qeyd edən diplomat problemin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti