...

Həcc ayinlərinin icrası zamanı baş vermiş basabasda ölən zəvvarlar arasında azərbaycanlı yoxdur

Siyasət Materials 13 Yanvar 2006 12:29 (UTC +04:00)
Həcc ayinlərinin icrası zamanı baş vermiş basabasda ölən zəvvarlar arasında azərbaycanlı yoxdur

Məkkədə həcc ayinlərinin icrası zamanı baş vermiş basabasda ölən zəvvarlar arasında azərbaycanlı yoxdur. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarlara istinadən məlumat verilib.

QMİ-nin məlumatına əsasən, idarənin xəttilə ziyarətdə olan bütün zəvvarlar sağ və salamatdır.

Avtobuslarla ziyarətə yola düşmüş zəvvarlar yanvarın 13-də Məkkədən qayıdacaq və bir neçə gündən sonra Azərbaycanda olacaq. Təyyarə ilə ziyarətə yola düşmüş zəvvarlar isə yanvarın 13-də Məkkədən Mədinəyə gedərək Məhəmməd peyğəmbərin və digər müqəddəslərin qəbrini ziyarət edəcək. Onlar Mədinədən Ciddəyə yola düşəcək, oradan isə Bakıya qayıdacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Minə dərəsində şeytana daş atma mərasimində baş vermiş basabas zamanı həlak olmuş müsəlmanların sayı 345 nəfərə çatıb. Səudiyyə Ərəbistanının XİN nümayəndəsi bildirib ki, müxtəlif dərəcəli bədən xəsarəti almış ən azı 289 nəfər xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti