...

Tbilisidə Cənubi Qafqaz parlament təşəbbüs qrupu rəyasət heyətinin iclası keçiriləcək

Siyasət Materials 14 Yanvar 2006 11:57 (UTC +04:00)

Trend bildirir ki, yanvarın 14-15-də Tbilisidə Cənubi Qafqaz parlament təşəbbüs qrupu rəyasət heyətinin iclası keçiriləcək.

Təşəbbüs qrupunun rəhbəri, Gürcüstan parlamentinin xarici əlaqələr Komitəsinin sədri Kote Qabaşvili deyib ki, iclasda Azərbaycan tərəfdən qrupun həmsədri Səyavuş Novruzov, Ermənistandan Xalq məclisinin vitse -spikeri Tiqran Torosyan iştirak edəcək.

Qabaşvilinin sözlərinə görə, görüşdə geniş əhatəli məsələlər və təşəbbüs qrupunun geniş iclasının keçiriləcəyi vaxt müzakirə ediləcək. İclas təxminən fevralın sonuna yaxud martın əvvəlinə təyin ediləcək. "Kavkaz-Press" bildirir ki, turizm, təbiətin mühafizəsi və digər sahələrdə regional layihələrin də müzakirə ediləcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti