...

Naxçıvanda fövqəladə hallar nazirliyi yaradılır

Siyasət Materials 14 Yanvar 2006 12:55 (UTC +04:00)

Naxçıvanda nazirliklərin sırasıına yeni bir nazirlik də qoşulacaq. Trend in xəbər verdiyi kimi, bu, NMR Fövqəladə hallar nazirliyidir. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov nazirliyin yaradılması üçün fərman imzalayıb. Fərmana əsasən, Muxtar respublika mülki müdafiə regional şöbəsi, NMR Daxili İşlər nazirliyinin Dövlət yanğın təhlükəsizliyi idarəsi və NMR fövqəladə hallar nazirliyinin tabeliyinə veriləcək. İmzalanan fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, yeni yaradılacaq nazirlik haqqında əsasnamənin layihəsi, xərclər smetası və işçilərin say tərkibi haqqında təkliflər hazırlasın.

Xəbər lenti

Xəbər lenti