...

Abbas Abbasov və Stavropol vilayətinin qubernatoru əməkdaşlıqa bağlı məsələləri müzakirə edib

Siyasət Materials 17 Yanvar 2006 11:42 (UTC +04:00)

Stavropol vilayətinin qubernatoru Aleksandr Çernoqorov hazırda Qafqaz Mineral Suları regionunda məzuniyyətdə olan Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasovla görüşüb. Stavropol vilayətinin mətbuat xidmətindən Regnum İA-ya verilən məlumata görə, A.Abbasovun təşəbbüsü ilə keçirilmiş görüşdə fevralda Azərbaycanda Rusiya günlərinin keçirilməsi məsələsi müzakirə olunub.

Bu tədbirə hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri və "Rusiya-Azərbaycan" hökumətlərarası komissiyasının sədri A.Abbasov qubernator Çernoqorovun rəhbərlik etdiyi Stavropol nümayəndə heyətini Azərbaycanda keçiriləcək Rusiya Günlərinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib.

A.Çernoqorov isə hazırda Stavropol vilayəti və Azərbaycan hökumətləri arasında iqtisadi, ticarət, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişin hazırlanmasını xatırladıb. Bu sənədin layihəsi federal nazirliklərdə nəzərdən keçirilir və hazır olduğu təqdirdə fevralda imzalana bilər. A.Çernoqorov, həmçinin, Azərbaycana bu federal kurortda öz sanatoriyasını tikdirməyi təklif edib.

Azərbaycan Stavropol vilayətinin əsas xarici iqtisadi tərəfdaşlarından biridir. 2005-ci ildə vilayətdən ölkəyə 572 min ton buğda idxal edilib. Azərbaycandan Qafqaz Mineral Sularında dincəlməyə gedənlərin sayı artıb. Rəsmi dövlət orqanları və işgüzar dairələr arsında əlaqələr genişlənir. A.Abbasovun sözlərinə görə, respublika və Rusiyanın digər subyektləri arasında mal dövriyyəsinin hçəcminə görə Stavropol birinci yerdədir.

A.Çernoqorov və A.Abbasovun görüşündə Qafqaz Mineral Suları administrasiyasının rəhbəri, Stavropol hökumətinin baş nazirinin birinci müavini Vitali Mixaylenko və vilayət hökumətinin sədr müavini Anatoli Voropayev iştirak edib.

Xəbər lenti

Xəbər lenti