...

Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın nümayəndə heyətini qəbul edib

Siyasət Materials 23 Yanvar 2006 16:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23 -də Macarıstanın XİN-nin siyasi məsələlər üzrə dövlət katibi Andraş Barşoninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend in məlumatına görə, dövlət başçısı Macarıstanla ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib və bu zaman müsbət amil kimi Azərbaycanın Budapeştdə səfirliyinin açılması faktını göstərib. O, gələcəkdə siyasi, iqtisadi və mədəniyyət və s. sahələrdə əlaqələrin inkişafına ymidvar olduğunu bildirib.

Öz tərəfindən Andraş Barşonin ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib və Macarıstanda Azərbaycanın səfirliyinin açsılması ilə yaxşı imkanların əldə olunduğunu qeyd edib. Qonaq Macarıstanda Azərbaycan sahibkarlarının keçirdiyi biznes-forumu xatırladıb və ilin sonuna kimi Bakıda belə analoji tədbirin keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti