...

Spiker Macarıstan XİN-nin dövlət katibini qəbul edib

Siyasət Materials 23 Yanvar 2006 18:39 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Macarıstanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Andraş Barşonini qəbul edib. Trend xəbər verir ki, görüşdə dövlətlərarası əlaqələrin bundan sonra da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Ötən il Macarıstanda Azərbaycan səfirliyinin açıldığını deyən A.Barşoni yaxın vaxtlarda Azərbaycanda da Macarıstan səfirliyinin fəaliyyətə başlayacağını spikerin diqqətinə çatdırıb. Qonaq bunu ölkələrimiz arasında iqtisadi və siyasi inkişafa təkan verəcəyini qeyd edib.

Spiker O.Əsədov da öz növbəsində Azərbaycanın Macarıstanla hər bir sahədə əməkdaşlıq etməyə hazır olduğunu qonağın diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti