...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) Zona Əlaqələndirmə Şurası fəaliyyətini dayandırıb

Siyasət Materials 24 Yanvar 2006 14:39 (UTC +04:00)

"Zərurət yaranarsa, partiyanın Zona Əlaqələndirmə Şurası yenidən fəaliyyət göstərəcək". Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib.

Qeyd edək ki, adıçəkilən şura partiyanın rayon təşkilatlarının yerləşdiyi zonalar üzrə yaradılıb: "Məqsədimiz rayon təşkilatlarının fəaliyyətini gücləndirmək və yenidən təşkilatlandırmaq idi. Bir çox zonalarda bu məsələlərlə bağlı müşavirələr keçirmişik. Ancaq indi bu şuranın fəaliyyəti bizim üçün aktual olmadığından ona bir o qədər əhəmiyyət vermirik. Çünki zona müşavirələrimiz başa çatıb".

Z.Məmmədli adıçəkilən şuranın yaradılmasının partiyanın qurultaya hazırlıqla bağlı olmadığını bildirib. Ancaq qeyd edib ki, lazım gələcəyi təqdirdə Zona Əlaqələndirmə Şurasının fəaliyyətini canlandıracaqlar.

Xəbər lenti

Xəbər lenti