...

Ötən il ərzində narkotiklərlə bağlı 2358 fakrt qeydə alınıb

Siyasət Materials 24 Yanvar 2006 16:54 (UTC +04:00)

2005-ci il ərzində respublika ərazisində narkotiklərlə bağlı 2358 cinayət faktı qeydə alınıb. Trend xəbəb verir ki, bu rəqəm Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəssinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında göstərilib.

Həmin faktlardan 802-si narkotiklərin satışı ilə bağlıdır.

Qeyd olunan dövr ərzində ayrı-ayrı şəxslərdən 365 kiloqram 684 qram narkotik vasitə, psixotrop maddələr, o cümlədən 27 kiloqram 457 qram heroin, 43 kiloqram 780 qram tiryək, 48 kiloqram 351 qram həşiş, 237 kiloqram 375 qram marixuana, 15 min 724 həb və 690 ampula psixotrop dərman preparatları, 8 kiloqram 841 qram sirkə anhidridi götürülüb.

İl ərzində bu növ cinayətlər törətdiyinə görə 1707 şəxs, o cümlədən 79 nəfər xarici vətəndaş yaxalanaraq əsuliyyətə cəlb olunub.

Göstərilən müddətdə yabanı bitmiş və qanunsuz əkilib-becərilmiş 512 tondan çox narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti