...

Prezident Hindistan və Avstraliya rəhbərlərinə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 25 Yanvar 2006 19:12 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Hindistanının Milli bayramı - Respublika günü münasibətilə Hindistan prezidenti Avul Pakir Ceynulabdin Abdul Kalama və baş nazir Manmohan Sinqa Azərbaycan xalqı və şəxsən öz adından təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, təbrik məktubunda prezident Hindistan xalqına sülh və tərəqqi arzulayıb.

Dövlət başçısı Avstraliyanın baş naziri Con Uinston Hovarda da bu ölkənin Milli bayramı - Avstraliya günü münasibətilə təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev Avstraliya xalqına xoş arzularını yetirməklə yanaşı, əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti