...

Artur Rəsizadə: Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesinin mövzusu deyil

Siyasət Materials 2 Fevral 2006 18:43 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinin mövzusu deyil və heç vaxt da olmayacaq. Trend bildirir ki, fevralın 2-də Azərbaycanın baş naziri Artur Rəsizadə Ukrayna Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Anatoli Kinaxı qəbul edərkən bu barədə bəyan edib.

Hökumət başçısının sözlərinə görə, cari ildə Azərbaycanın hərbi büdcəsi ötən illə müqayisədə 2 dəfə artırılıb və ölkə prezidenti tərəfindən Azərbaycanın müdafiəsinə olan büdcə maliyyələşdirməsinin Ermənistanın bütün büdcəsinin həcminə çatdırılması ilə bağlı tapşırıq verilib. Eyni zamanda baş nazir hesab edir ki, ədalətli sülhün əldə olunması üçün potensial hələ tükənməyib, bununla bağlı olaraq cari ildə Azərbaycanın bu istiqamətdəki səyləri daha da artırılacaq. A.Rəsizadə qeyd edib ki, iki ölkə arasında ikitərəfli, regional, beynəlxalq əməkdaşlıq uğurla inkişaf etdirilir və tərəflərin milli maraqlarına əsaslanır. Onun fikrincə, bununla belə əməkdaşlığın səviyyəsi mövcud potensiala cavab vermir.

Xəbər lenti

Xəbər lenti