Fevralın 3-də Göytəpə sərhəd dəstəsində partlayış baş verib. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Partlayış səhər saatlarında dəstənin maliyyə şöbəsinin xidməti otağında baş verib. Nəticədə kassir Firudin Cəfərov həlak olub. Hazırda Lənkəran şəhər Hərbi Prokurorluğunun nümayəndələri partlayışın səbəblərini araşdırırlar.